Məhkuma gətirilən ayaqqabının içərisində telefon çıxdı
08
okt
2019
18:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.Penitensiar xidmətdən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2; 66.5; 66.3; 178.3.2-ci maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Adıgözəlov Toğrul Rza oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu, Bakı şəhər sakini Adıgözəlov Talehin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan ayaqqabının içərisində gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Əri üçün saçında heroin gizlədən qadın yaxalandı - FOTO
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhd...