Məbəddə dəhşət: 102 zəvvar diri-diri yandı: 300 yaralı - VIDEO (YENİLƏNİB)

Məbəddə dəhşət: 102 zəvvar diri-diri yandı: 300 yaralı - VIDEO (YENİLƏNİB)
Hadisə 1288
 

Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib.

BAKU.WS xəbər verir ki, yanğın nəticəsində 102 zəvvar ölüb, 300-dən çox yaralı var.

İlkin məlumata görə Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.

Bildirilir ki, polis fişənglərin partlayış təhlükəsi barədə əvvəllər məbəd əməkdaşlarını çağıraraq ondan istifadəni qadağan edib. Görünür sonradan buna əhəmiyyət verilməyib.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər