Masazır sakinləri vahimədə: Həyətlərini QANLI SU basıb
Abşeron rayonu, Masazır qəsəbəsi sakinləri kanalizasiya problemindən əziyyət çəkirlər.
BAKU.WS xəbər verir ki, onlar Oxu.Az-a şikayət ünvanlayaraq bildiriblər ki, kanalizasiyadan axan su həyətlərə dolur, suyun qanlı olması isə insanlarda vahimə yaradır.
"Keçən qış da qanlı su küçəyə dolmuşdu. İşçilər gəlib kanalizasiyadan nəsə çıxardılar, düzəldi. Yay boyunca isə demək olar ki, kanalizasiya ilə bağlı hər hansı problemimiz olmayıb. Yerli icra və bələdiyyə nümayəndəliyinə, Meliorasiya və Su Təsərrüfatına müraciət etmişik. Qırğınla bir işçi gəldi, yalandan baxdı, getdi. Meliorasiya da nasos işləmir deyib, yenisi ilə əvəzlədi, amma yenisi də eyni vəziyyətdədir. Digər gələn işçi də kanalizasiyaya girib baxmır ki, bu su ilə bərabər axan qan nədir. İcra deyir ki, əvvəl qəssab malın başını kəsib kanalizasiyaya atırmış, o da cərimələnib, hazırda bu problem yoxdur. Evlərimiz də sənədsiz deyil, hamının yaşayışa dair icazəsi, çıxarışı var. Həyət-bacaya dolan suyun qanlı olması bizi narahat edir".
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Ağdamda gənc qız üzündən bıçaqlandı: Yaralı paytaxt xəstəxanasına köçürüldü
Ağdam rayonunda dayısı oğlu tərəfindən bıçaqlanan qız paytaxta göndərilib. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, rayon sakini Leyla Cəfərova müxtəlif də...