Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb
Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerlərdə qanunsuz olaraq ov edən 2 nəfər rayon sakini - İ.Fərəcullayev və A.Əkbərov saxlanılıblar.
Onlardan sənədləri olmayan 2 ədəd ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alətlər və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Faktlar üzrə Masallı RPŞ-də araşdırmalar aparılır.
Oxşar xəbərlər
Masallıda qanunsuz ov ilə məşğul olan şəxs saxlanıldı
Masallıda qanunsuz ov ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı R...