Maşını oğurlanan qəlyançı avtomobilini tapıb polisə xəbər verdi (FOTO)

Maşını oğurlanan qəlyançı avtomobilini tapıb polisə xəbər verdi (FOTO)
Hadisə 11859

 

Bakıda marketə daxil olarkən avtomobili qaçırılan şəxs maşınını özü tapıb. 

Avtomobilin sahibi Sadiq Hüseynov BAKU.WS-ə açıqlamasında maşının tapıldığını bildirib. Onun sözlərinə görə, avtomobilini oğurlayanlar maşını Xırdalanda mebel sexləri olan əraziyə qoyaraq oradan uzaqlaşıblar. Sadiq Hüseynov Azərbaycanda ən məşhur qəlyan ustalarından biridir. 

Xatırladaq ki, ötən gün 90-SS-401 dövlət qeydiyyat nömrə nişanlı "Hyundai Terracan" markalı avtomobil oğurlanmışdı. Sürücünün marketlərdən birinin önündə saxlayıb və avtomobili işlək vəziyyətdə qoyaraq marketə daxil olması oğruların işini asanlaşdırmışdı. 

BAKU.WS

Son xəbərlər