Azərbaycanda şöbə rəisinin avtomobili ilə gəlin gətirməyə gedən şəxs qəza etdi (FOTO)
Ağdam rayonunda gəlin gətirməyə gedən avtomobil qəza törədib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Səfərli kəndi ərazisində toy karvanında "gəlin maşını" piyadanı vurub.
Ağdam rayon sakini Qabil Abbasova məxsus 99- HS-066 dövlət qeydiyyat nömrə nişanlı "Lexus" markalı avtomobillə onun dostu Ruslan Hüseynov gəlin gətirməyə gedərkən idarəetməni itirib və dəmir hasarı aşaraq yolun kənarında yerləşən evin həyətinə girib. Nəticədə evin həyətində olan İlhamiz Quliyevi vurub. Yaralı təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, "Lexus" marakalı avtomobilin sahibi Q.Abbasov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) Ağdam rayon şöbəsinin rəsidir.
Faktla bağlı araşdırmalara başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda inanılmaz olay: əvvəlcə bıçaqlanıb, sonra qəzaya düşdü (FOTO)
Bakı sakini əvvəlcə bıçaqlanıb, xəstəxanaya getmək istəyərkən isə qəza törədib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi T...