Maşın 2-ci sinif şagirdini vurub öldürdü - Məktəbin qarşısında faciə

Maşın 2-ci sinif şagirdini vurub öldürdü - Məktəbin qarşısında faciə
Hadisə 4836

Zaqatala şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Məktəbin 2-ci sinif şagirdi Şirdanov İsmayıl Elçin oğlu dərsdən çıxıb yolu keçən zaman "Mercedes” markalı, 99 HB 485 dövlət nömrə nişanlı avtomobillə vurulub.

Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər