Mağazadan oğurluq edən şəxs saxlanıldı - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinə şəhər ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı naməlum şəxsin qeyri-qanuni yolla mağazaya daxil olaraq oradan ümumi dəyəri 700 manat olan tütün məmulatları və 110 manat nağd pulu oğurlaması məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Samux rayon sakini Məhəmməd Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - VİDEO
Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki,...