Mağazadan oğurluq edən şəxsdən qəribə açıqlama: "Evimdə işıq yox idi" (VİDEO)
Binəqədidə mağazadan göz görə-görə oğurluq etmək istəyən şəxs saxlanılıb. Satıcının az da olsa fikrinin yayınmasını görən arzuolunmaz alıcı bir top elektrik naqilini götürərək qaçıb. Yalnız bir neçə metr sonra təzəcə qaçmaq üçün sürət yığan Seymur Mirzəyevin qarşısını post patrul xidmətinin əməkdaşları kəsib.
ANS TV-nin məlumatına görə, hadisə Binəqədi rayon ərazisində baş verib. Tikinti materiallarının satışı mağazasına daxil olan şəxs satıcının fikrinin yayındığını görəndə vitrindən bir top elektrik naqilini götürərək aradan çıxıb.
Naqilləri götürən şəxs qaçmağa başlayanda isə onu ərazidə xidmət aparan Binəqədi rayon polis idarəsinin post patrul xidmətinin əməkdaşları yaxalamağa müvəffəq olublar. Saxlanılaraq istintaqa təhvil verilən Binə qəsəbə sakini 38 yaşlı Seymur Mirzəyev Daşdəmir oğlu peşman olmaq əvəzinə öz əməlinə haqq qazandıqmağa çalışıb.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq Seymur Mirzəyevin başqa bu kimi əməllərini araşdırır.
BAKU.WS
Oxşar xəbərlər
Yol polisi ilə sürücü ilə arasında əlbəyaxa dava
Bakıda sərxoş sürücü ilə yol polisi əməkdaşları arasında dava düşüb. BAKU.WS "Qafqazinfo”-ya istinadən məlumat verir ki, hadisə Binəqədi rayonu, Xocasən qəsəbə...