İlqar Balakişiyev qatilinin üstünə gedərkən dediyi SON SÖZLƏR

13
iyl
2018
13:15
Gəncədə qanunsuz aksiyanın qarşısının alınması zamanı hücuma məruz qalaraq öldürülən İlqar Balakişiyev etirazçıların üstünə əliyalın gedib.BAKU.WS xəbər verir ki, bu barədə Gəncə Şəhər Baş Polis İdarəsindən “gununsesi.info”ya bildiriblər. Hadisə şahidi olan həmin polisin sözlərinə görə, İlqar Balakişiyev etirazçılara yaxınlaşan zaman yanındakılardan biri əlavə polis əməkdaşlarının onları müşaiyyət etməsini istəsə də rəis müavini bunu gözləməyib."Gəncəlilər mənə əl qaldırmaz” deyən İlqar Balakişiyev etirazçıları sakitləşdirmək istəyərkən qəfildən Rəşadın hücumuna məruz qalıb. Qatil belindən çıxardığı xəncəri rəis müavininin böyrək nahiyyəsindən vurub.Xəstəxanaya çatdırılsa da İlqar Balakişiyevi xilas etmək mümkün olmayıb.BAKU.WS
Oxşar xəbərlər
Gəncədə polis zabitlərdən birinin qatili tutulub
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın...
