İcra başçısı müavininin oğlu həbs olundu
28
avq
2017
15:28
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu İlqar Həsənov 30 gün müddətinə həbs edilib.BAKU.WS xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər.Belə ki, Ağdaş Rayon Məhkəməsi dünən törətdiyi qəzadan sonra İlqar Həsənovun inzibati həbsi haqqında qərar qəbul edib.Bundan başqa, məhkəmənin qərarı ilə İlqar Həsənov iki il müddətinə avtomobil idarə etmək hüququndan da məhrum edilib.Xatırladaq ki, İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.Onun qəza törədrkən içkili vəziyyətdə olduğu bildirilir.BAKU.WS
Oxşar xəbərlər
Oğlu "Range Rover" ilə adam öldürən icra başçısının müavini danışdı: "Cəzası varsa, çəkəcək" - AÇIQLAMA
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov oğlu Elmar İbadovun ağır yol qəzası törətməsindən danışıb.O, A24.az-a açıqlamasında bi...