Oğlu "Range Rover" ilə adam öldürən icra başçısının müavini danışdı: "Cəzası varsa, çəkəcək" - AÇIQLAMA
28
avq
2017
10:54
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov oğlu Elmar İbadovun ağır yol qəzası törətməsindən danışıb.O, A24.az-a açıqlamasında bildirib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil:“Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq.”Qeyd edək ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlunun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayılıb. Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib.Baş verən hadisədən sonra Elmar İbadov polis tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda məmur oğlu bahalı maşınla qəza törətdi - Məktəbin həyətinə girdi
Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə b...