“Lotu Quli”nin silahdaşı həmyerlisini belə güllələdi - VİDEO
02
may
2018
22:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sankt-Peterburqun hüquq mühafizə orqanları əməkdaşları “qəsdən adamöldürmə” maddəsi üzrə şübhəli bilinən 46 yaşlı şəxsi axtarır. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan həmin şəxs, öz həmvətənlisi Füzuli Qarayevi qətlə yetirib. Məlumata görə, onlar “Apraksin dvor” bazarında ticarət obyektlərinin himayədarlığı ilə bağlı bir-biri ilə rəqabətdə olub. Aprelin 30-da Lomonosov küçəsində evin qarşısında törədilən qətl müşahidə kamerasının obyektivinə düşüb. Kadrlarda şübhəlinin F.Qarayevi güllələdiyini görmək olur. Nəşrin məlumatına görə, hər iki “qanuni oğru” Lotu Quli adı ilə tanınan avtoritetin silahdaşları olub. Qanlı insidentin baş vermə halları və səbəbi araşdırılır. BAKU.WS
Oxşar xəbərlər
Lotu Qulinin adamı şkafda gizləndi - VİDEO
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqda həmyerlisini öldürən 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədovu saxlayıb.BAKU.WS-in oxu.az-a...