"Lotu Quli"nin stolunda "Rəşad Gəncinski" ölümcül bıçaqlandı

Lotu Qulinin stolunda Rəşad Gəncinski ölümcül bıçaqlandı
Hadisə 17022
Rusiya KİV-də “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) adamı kimi tanınan “Rəşad Gəncinski” adı ilə məşhurlaşan Rəşad İsmayılovun ölümcül bıçaqlandığı barədə xəbər yayılıb.BAKU.WS-in məlumatına görə, bir müddət əvvəl “Lotu Quli” oğru aləmində Gəncə şəhərini “Rəşad Gəncinski”yə tapşırdığını bəyan etmişdi.Daha əvvəl Abxaziyada ağır yaralandığını qeyd edən Rusiya KİV-ləri bildirir ki, avtoritetin növbəti bıçaqlanma hadisəsi İstanbulda baş verib.Bildirilir ki, “Rəşad Gəncinski”nin İstanbulda “Lotu Quli”nin evində olarkən avtoritet İlham Hacıyevlə mübahisəsi düşüb.Nadir Səlifovun da olduğu süfrə arxasında baş verən mübahisə Rəşadın bıçaqlanması ilə nəticələnib.Mübahisəyə səbəbin Rəşadın İlham Hacıyevi söyməsi olub.“Rəşad Gəncisnki” xəstəxanaya yerləşdirilib, vəziyyəti barədə hələlik məlumat verilmir.BAKU.WS

Son xəbərlər