"Lotu Quli"nin dəstəsi Moskvada Azizin adamları ilə toqquşdu - DÖYÜŞ BAŞLADI
15
yan
2018
12:05
Azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") dəstəsi Moskvada çeçen Aziz Batukayevin dəstəsi ilə toqquşub. BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya KİV-i məlumat yayıb. Toqquşma zamanı 5 azərbaycanlı və 10 çeçen saxlanılıb. Məlumatlara görə, toqquşmaya səbəb "Lotu Quli" ilə Azizin telefon danışığı səbəb olub. Gərgin söhbətdən sonra tərəflər bir-birinə güzəştə getməyib. Doroqomilovski, Danilov və Butovski bazarları uğrunda gedən mübarizə daha da gərginləşib. Ded Xasanın qətlindən sonra onu əvəzləmək üçün Azizin adı daha ciddi şəkildə hallanırdı. Ancaq "Lotu Quli" ilə toqquşma Azizin oğru titulunu şübhə altına qoyub. Hətta iddia edilir ki, azərbaycanlı "qanuni oğru"nun dəstəsi çeçenlərin qruplaşmasını bazardan vurub çıxarıb. NazimBAKU.WS
Oxşar xəbərlər
"Lotu Quli"nin stolunda "Rəşad Gəncinski" ölümcül bıçaqlandı
Rusiya KİV-də “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) adamı kimi tanınan “Rəşad Gəncinski” adı ilə məşhurlaşan Rəşad İsmayılovun ölümcül bıçaqlandığı barədə x...