"Lotu Quli"ni Gürcüstandan qovdular - YENİ ADRESİ BƏLLİ OLDU
25
okt
2017
21:02
Ötən gün 21 illik həbs həyatından sonra azadlığa buraxılan “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifov doğulduğu Gürcüstanı tərk edib.BAKU.WS-in Lent.az-a istinadən verdiyi məlumata görə, Gürcüstan hökuməti Azərbaycanda azadlığa buraxıldıqdan sonra bu ölkəyə, doğma kəndinə gedən kriminal aləm nümayəndəsinə ölkəni dərhal tərk etməsi barədə qeyri-rəsmi xəbərdarlıq edib.Bildirilir ki, oğru dünyasının nümayəndələrinə qarşı sərt qanunları ilə seçilən Gürcüstan Nadir Səlifovun ölkədə bir gündən artıq qalmasına imkan verməyib.“Vor zakon”un yeni adresi də artıq bəllidir. Əldə etdiyimiz məlumata görə, o, artıq Gürcüstanı tərk edərək Türkiyəyə keçib. “Lotu Quli”nin bir müddət İstanbulda yaşayacağı və öz işlərini buradan görəcəyi iddia edilir.Qeyd edək ki, “Lotu Quli“ ilə düşmən olan azərbaycanlı mərhum qanuni oğru Rövşən Lənkəranski də sui-qəsdlə öldürülənə qədər uzun müddət İstanbulda yaşayıb, işlərinə buradan nəzarət edirdi.BAKU.WS
Oxşar xəbərlər
Qaçmış məhbusların “Lotu Quli”nin adamları olmasına münasibət bildirildi
“Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən zaman qaçan məhbuslar Əli Ağami və Etibar Məmmədov “Lotu Quli” kimi tanınan Nadir Səlif...