“Lotu Quli”nin adamı saxlanıldı (VİDEO)
Ukraynada kriminal avtoritet, "Lotu Quli” ləqəbli Nadir Səlifovun tərəfdarı tutulub.
"Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, 26 yaşlı gənc Qulinin Odessaya "nəzarət” edən nümayəndəsi olub. Bildirilir ki, bir neçə cinayətə görə Ukraynada axtarışda olan gənc saxlanılan zaman polislərə müqavimət göstərib və onlara hədə-qorxu gəlib. O, saxlanıldıqdan sonra Odessa polis bölməsinin Liman şöbəsinə aparılıb.
Tutulan zaman onun üzərindən narkotik və silah götürülüb.
odpublic.net saytının yazdığına görə, 26 yaşlı azərbaycanlı hazırda Qobustan həbsxanasında cəza çəkən Lotu "Quli”nin Odessadakı "smotryayuşi”si olub.
BAKU.WS
Oxşar xəbərlər
“Lotu Quli” Yekaterinburqa “ordu” yeritdi
Məşhur kriminal avtoritet, hazırda Bakıdakı həbsxanalardan birində cəza çəkən Nadir Səlifov ("Lotu Quli" ) özünün çoxsaylı tərəfdarlarından ibarət desantı Rusiy...