İlham İsmayılın oğlu saxlanıldı - FOTO

Sabiq MTN polkovnik-leytenantı, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu Cavidan İsmayılov saxlanılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu İnterpol xətti ilə Çexiyada tutulub. Hazırda həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İlham İsmayıl açıqlamasında bildirib ki, oğlunun sərhəddə sənədlə bağlı problemi yaranıb:
“Hazırda vəkili problemi həll edir”.
Qeyd edək ki, Cavidan İsmayılov barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. Belə ki, Cavidanın tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adıyla 970 min avro pulu mənimsəmədiyi iddia edilib.
Həmin ərəfədə o, Almaniyada olub.
Qalereya
Oxşar xəbərlər
"3-4 qadın uşaq salıb, 10-15 kişi impotent olub" - Çovdarov sirləri açır
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə...
