Lənkəranda "Son zəng" qəzası - Şagirdin qulağı qopdu
14
iyn
2019
19:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunda "Son zəng"i qeyd edən məzunlar qəzaya düşüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzaya səbəb taksi sürücüsünün nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər etməsi olub. Nəticədə M.F.Axundov küçəsi, ev 13 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən üzülməsi və daxili orqanların zədələnməsi diaqnozu qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə zamanı avtomobildə daha üç məktəblinin olduğu, ancaq onların xəstəxanaya müraciət etmədiyi bildirilir. A.Həsənzadənin 5 saylı tam orta məktəbin məzunu olduğu deyilir.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda avtomobil aşıb, ana ölüb, oğlu xəsarət alıb
Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində keçən hissəsində q...