Lənkəranda iki minik avtomobili toqquşub, ər və arvad xəsarət alıb
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomagistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində baş verib.
Belə ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində sərnişinlər Lənkəran rayon Gəgiran kənd sakinləri 1978-ci il təvəllüdlü Şücaət Əsgər oğlu İbadov və həyat yoldaşı 1978-ci il təvəllüdlü Nüşabə Hüseynağa qızı İbadova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd edək ki, sözügedən kənddə bu gün, gecə saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Dayı və qardaşoğlu qəbir yeri baxmağa gedərkən qəzada öldü
Türkiyədə qəbir yeri baxmağa çıxan dayı və qardaşoğlu yol qəzasında həyatını itirib. BAKU.WS xəbər verir ki, hadisə dünən səhər Giresunun Bulancak rayonunda baş...