Lənkəranda ağır qəza - 7 nəfər yaralandı - ADLARI
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada 7 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Lənkəran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı təcili yardım şöbəsinə 7 yaralı daxil olub.
Qeyd edilib ki, hadisə zamanı xəsarət alanlar 1988-ci il təvəllüdlü Sadiq Rzayev, 1970-ci il təvəllüdlü Allahverdi İbrahimov, 1970-ci il təvəllüdlü Füzuli Allahverdiyev, 1991-ci il təvəllüdlü Günel İbrahimova, 1998-ci il təvəllüdlü Təmail İbrahimov, 2019-cu il təvəllüdlü Günəş Agayeva, 2012-ci il təvəllüdlü Mirvəli Agayevadır.
Xəstələrə əsasən döşün sağ payında çoxsaylı qabırğa sınıqları, said sümüklərinin qapalı sınığı, başın və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Yaralılardan 2-si müvafiq şöbələrə yerləşdirilib.
Digər xəsarət alanların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
Qeyd edək ki, vəziyyəti ağır olan yaralı Tuado kənd inzibati ərazi üzrə icra nümayəndəsi İbrahimov Allahverdidir.
Oxşar xəbərlər
Pula görə bıçağı sevgilisinin ürəyinə sancdı - Keçmiş qadın polisin CİNAYƏT İŞİ - FOTO
2018-ci il oktyabrın 20-i saat 22-də Xırdalan şəhərində, Heydər Əliyev parkında musiqi məktəbinin arxasında 1979-cu il təvəllüdlü Ramiz Hüseynovun meyiti aşkar...