Lənkəranda 49 yaşlı kişi qətlə yetirilib, saxlanılan var, cinayət işi başlanıb
Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Oxşar xəbərlər
Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Xaçmaz rayon prokurorluğunun məlumatında deyilir. Sentyab...