Lənkəranda 41 yaşlı qadını maşın vurub: Vəziyyəti ağırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili piyadanı vuraraq ağır xəsarət yetirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şəhidlər xiyabanı küçəsində qeydə alınıb.
Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Yaqut Orucəli qızı Nəsirova yolu qarşı tərəfə keçmək istəyərkən, hərəkətdə olan minik avtomobili onu vurub.
Y.Nəsirova ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə çatdırılıb.
Həkimlər yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolundakı ağır qəzada iki nəfər ölüb - FOTO/VİDEO - YENİLƏNİB
Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı 10.12.2023-cü il tarixində saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xə...