Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, 33 yaşlı Turgut Nağıyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 11 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla T.Nağıyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...