Ləhiş bağları istiqamətində GÖRÜNMƏYƏN TƏHLÜKƏ

Ləhiş bağları istiqamətində GÖRÜNMƏYƏN TƏHLÜKƏ
Foto Video
Hadisə 186

Ləhiş bağları ərazisindən İstiqlaliyyət küçəsi istiqamətində uzanan yolda ciddi təhlükəli vəziyyət yaranıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Məlumata görə, yolboyu bir sıra kanalizasiya və kommunikasiya quyuları qapaqsız vəziyyətdədir.

Bu isə həm piyadalar, həm də sürücülər üçün real təhlükə yaradır. Xüsusilə gecə saatlarında və ya görmə şəraiti zəif olan vaxtlarda bu açıq quyuları görmək çətinləşir.

Bununla yanaşı, yol örtüyü də bərbad vəziyyətdədir. Dərin çuxurların çoxluğu hərəkəti çətinləşdirir. Problemi daha da ağırlaşdıran məqam isə bəzi çuxurların su ilə dolu olmasıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər