Lalə Azərtaş Natiq Qasımovun anasıdan yazdı: "Gedirəm! Natiqlə görüşəcəm" dedi"
Aparıcı Lalə Azərtaş Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, aparıcı Dursun Qasımovanın dünyasını dəyişməzdən 3 saat əvvəl onun yanında olduğunu qeyd edib.
"Sadəcə inana bilmirəm… 3 saat əvvəl Gəncədə anamızın yanında idim. "Gedirəm! Natiqlə görüşəcəm" dedi… Mən Bakıya çatan kimi xəbər aldım ki, nur üzlü ana Natiqlə görüşə gedib. Allah rəhmət etsin!
Xatırladaq ki, Dursun Qasımova 1942-ci ildə dünyaya gəlib. Onun uzun müddət səhhətində problemləri olub. D.Qasımova bu gün dəfn olunacaq.
Onu da bildirək ki, Natiq Qasımov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.
Oxşar xəbərlər
Ötən həftə 1829,3 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqustun 17-dən 23-dək 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina, 522 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşd...