Lalə Azərtaş: "Arif Babayevi iki həftə əvvəl ziyarət etmişdim"
Aparıcı Lalə Azərtaş mərhum Xalq artisti Arif Babayevlə olan görüntülərini paylaşıb.
BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə yayımladığı videoda xanəndəni iki həftə əvvəl ziyarət etdiyini bildirib.
"Sükut... Böyük itki… Böyük boşluq… Təxminən iki həftə əvvəl onu evində ziyarət etdim… Ağrı-acısını gizlədərək masaya əyləşib çox sevdiyi Gültəkin xanımın Qarabağ aşından yedik. Sağollaşıb getmək istəyərkən heç vaxt unutmayacağım təbəssümlə "Sən sözünə düz xanımsan" deyərək məni alqışla, əl çala-çala yola saldı. Xanımına, qızı və nəvəsinə o niyə məni alqışla yola salır deyə gülümsədim. Axı alqışa laiq adam pdur! Alqışa, xoş sözlərə, sevgiyə, hörmətə, diqqətə laiq adam... Bu gün biz onu alqışlarla yola salaq. Yeri cənnət adam... Allah Rəhmət etsin ustad...
Qeyd edək ki, 87 yaşlı Xalq artisti bu gün saat 06:00 radələrində ürək çatışmazlığından dünyasını dəyişib.
Oxşar xəbərlər
Ötən həftə 1829,3 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqustun 17-dən 23-dək 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina, 522 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşd...