Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ölüb
04
fev
2025
19:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda 26 yaşlı oğlan atasının iş yerində qəfildən ölüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1999-cu il təvəllüdlü Fərzəliyev Fərasət Azad oğlu atasının işlədiyi avtoyuma servisinə gəlib. Bu zaman o, ürəktutmasından müvazinətini itirərək yıxılıb və həyatını itirib.
Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...