Kürdəmir sakini dayısını güllələyib
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir sakini dayısını güllələyib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini E.Teyyubovun dayısı F.Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən F.Cəbrayılovun qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngi götürülüb.
F.Cəbraylov xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATLARI - VİDEO
Bakıda baş verən cinayətin təfərrüatları məlum olub. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 24 iyun 2019-cu il tarixində Nizami rayonu, Qara Qarayev prosp...