Küləkli havada baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 1961-ci il təvəllüdlü qadın və 1998-ci təvəllüdlü kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunublar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.
Digər psiyentə sol pəncənin 3-cü barmagın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara birincili işlənib və aseptic sarğı qoyulub.
Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
"Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Masallıda çayda üzərkən ağır xəsarət alan 23 yaşlı gənc xəstəxanada vəfat edib
Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazi...