Əkrəm Əylisliyə ölkədən çıxmaq qadağan olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Yazıçı Əkrəm Əylislinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Ə.Əylislinin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlətinə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi yazıçının başqa yerə getməməsi barədə iltizam qətimkan tədbiri seçilib və hazırda istintaq aparılır.
Qeyd edək ki, Ə.Əylisli barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Yazıçı 30 mart 2016-cı il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurmaqda təqsirləndirilib.
BAKU.WS
Oxşar xəbərlər
Əkrəm Əylisli barəsində cinayət işi qaldırıldı
Yazıçı Əkrəm Əylisli barəsində cinayət işi başlanıb. BAKU.WS-in məlumatına görə, bu bu barədə APA-ya Ə. Əylisli özü məlumat verib. Onun sözlərinə görə, bu gün...