Əkrəm Əylisli sərbəst buraxılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yazıçı Əkrəm Əylisli sərbəst buraxılıb.
BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Ə. Əylislinin özü məlumat verib. Onun sözlərinə görə, səhər saatlarında hava limanında saxlanılıb: "Kitab tədbirində gedirdim, icazə vermədilər. Mən saxlanılan zaman ümumiyyətlə insident baş verməyib. Təklif etdim ki, bizi başqa reylsə yola salın, etmədilər”.
"Sizin haqqınızda cinayət işi başlanılıbmı?” sualına yazıçının cavabı belə olub: "Bu haqda danışmaq istəmirəm. Evə indi çatmışam, yorğunam. Sabah hər şey haqqında danışacağam, geniş açıqlama verəcəyəm”.
Qeyd edək ki, Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
DİN-dən Əkrəm Əylislinin saxlanılması ilə balı AÇIQLAMA
Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin saxlanılmasına aydınlıq gətirib. BAKU.WS-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mans...