Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxslərə cəza istənilib

Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Hadisə 55

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçıs hər iki şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Növbəti proses iyunun 5-nə təyin edilib.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Oxşar xəbərlər

Masazırda elektrik naqilində partlayış TƏHLÜKƏSİ

Masazırda elektrik naqilində partlayış TƏHLÜKƏSİ

Abşeron rayonunun Masazır qəsəbəsinin Qarabağlılar küçəsində yerləşən yaşayış massivində elektrik naqilində iki gündür ciddi nasazlıq müşahidə olunur. Bu barədə...

49 Hadisə 22:55 21 iyul 2025

Son xəbərlər