İki gün əvvəl Ermənistana keçən azərbaycanlı qadının FOTOLARI YAYILDI

İki gün əvvəl Ermənistana keçən azərbaycanlı qadının FOTOLARI YAYILDI
Hadisə 6773
 

İki gün əvvəl Ermənistan tərəfə keçən Qətibə Ələkbərovanın fotoları yayılıb. 

Onun valideynləri ANS PRESS-ə görüntülərini və ruhu xəstə olması barədə sənədi təqdim edərək açıqlama da veriblər. Anası Kübra Ələkbərova  açıqlamasında bildirib ki, qızı bundan əvvəl də bir neçə dəfə evdən qaçıb:

"Onun dəfələrlə ruhi xəstəliyinə görə müayinə etdirmişdik və daima nəzarətdə saxlayırdıq. Sonuncu dəfə ayın 5-də gecə saatlarında evdən qaçıb və geri qayıtmayıb. Qətibə hər gün dərman atmasa yaşaya bilməz. Qızım Qazax Rayonlararası Ruhi Əsəb Xəstəxanasında müayinə edilirdi. Elə həmin gün də evdən Qazağa-xəstəxanaya getmək adı ilə çıxıb və ondan sonra isə yox olub. Hələ də Ermənistana keçən şəxsin mənim qızım olduğunu dəqiq bilmirik. Sadəcə mətbuatın açıqladığı parametrlər həmin şəxsin Qətibə olması şübhəsini yaradır. İndi hər kəsi düşündürən onun sərhədi necə keçməsidir”.

Kübra Ələkbərova deyir ki, qızına görə çox narahatdır: "Qətibə xəstədir. Xahiş edirəm, dövlət qurumları qızımın qaytarılması üçün bizə kömək etsin”.

Bu gün səhər satlarında 1977-ci il təvəllüdlü  Qətibə İbrahim qızı Ələkbərovanın yaşadığı Gədəbəy rayonu, Arabacı kəndinin icra nümayəndəsi Habil Qasımov da ANS PRESS-ə açıqlama verib və bildirib ki, ruhi xəstə olan qadın kənddə ailəsi ilə birgə yaşayıb:

"Onlar ailədə 4 nəfərdir: Qətibə, onun anası, qardaşı və qardaşının həyat yoldaşı. Qadının bir qardaşının da psixoloji problemləri var idi. Bir müddət əvvəl o, dünyasını dəyişib. Qətibə özü isə ruhi xəstə olduğu üçün 2013-cü ildən 2015-ci ilə qədər ruhi əsəb dispanserində müalicə olunub. Bir ildir ki, xəstəxandan çıxmışdı. Həmin xəstəxanadan ruhi xəstə olmasına dair sənədi də var. Evdə dərmanlar qəbul edirdi. İyunun 5-də ailə üzvləri 39 yaşlı qadının yoxa çıxması barədə məlumat verdilər. O gündən hər kəs onu axtarırdı”.

İcra nümayəndəsi onu da bildirin ki, Qətibə Ələkbərova bir dəfə ailəli olub, ancaq övladı yoxdur. Qadın boşanaraq ata evinə qayıtmışdı. 

Daha öncə sərhədi keçən qadının adının Vəliyeva Zöhrə Vardzor qızı olduğu iddia edilirdi. Bu barədə erməni saytı məlumat yaymışdı. İddiaya görə, iyunun 7-də Azərbaycan-Ermənistan sərhədini Mehrab istiqamətində keçən qadın Azərbaycan vətəndaşı, Tovuz rayonunun Yanıqlı kənd sakini olub. 

İki gün  əvvəl Azərbaycan vətəndaşı olan qadın sərhədi pozaraq Ermənistana keçib. Bu barədə "NEWS.am" saytına Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

A. Kaprielyan bildirib ki, Z. Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinə məlumat verilib.

"İyunun 7-də Azərbaycan-Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib”, - deyə o bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Ermənistan tərəfə keçən azərbaycanlı qadın haqqında şok məlumat

Ermənistan tərəfə keçən azərbaycanlı qadın haqqında şok məlumat

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə apardığı a...

2775 Hadisə 09:41 09 iyun 2016

Son xəbərlər