"Kəpəz"in futbolçusunu bıçaqlayan şəxs saxlanıldı
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V. Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Araşdırmalar davam etdirilir.
***09:35
Ötən gün Gəncədə "Kəpəz" klubunun futbolçusunun bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 2001-ci təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.
Veysəl Rzayev xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Rasim Balayevin cənazəsi Bakıya gətirilib
Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib. BAKU.WS xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Liman...