Keçmiş MTN zabiti 56 yaşında öldü
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Tariel Abbasov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, Tariel Abbasov 1970-ci ildə Bakı şəhərində anadan olub. O, 1986–1991-ci illərdə BDU-nun Tarix fakültəsində ali təhsil alıb.
Əmək fəaliyyətinə Bakının Yasamal rayonundakı 20 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi başlayan T.Abbasov sonradan Qərb Universitetinin hazırlıq fakültəsində və Politologiya kafedrasında baş müəllim vəzifəsində çalışıb. O, eyni zamanda həmin ali təhsil müəssisəsinin İşgüzar inzibatçılıq fakültəsində dekan müavini olub.
1994-cü ildə Milli Təhlükəsizlik Nazirliyində (keçmiş MTN) hərbi xidmətə qəbul edilən Tariel Abbasov 2009-cu ildə ehtiyata buraxılıb.
Oxşar xəbərlər
Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Şahbuzda ağır yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado"...