Keçmiş dekan müavini dələduzluğa görə həbs edildi

Keçmiş dekan müavini dələduzluğa görə həbs edildi
Hadisə 142

Özünü Ədliyyə Nazirliyinin işçisi kimi təqdim edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs S.Q. Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə mühakimə edilib.

Məhkəmə istintaqına sədrlik edən hakim Samir İsmayılovun çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İş materiallarından aydın olur ki, S.Q. tanışına onun övladını Heydər Əliyev adına Liseyə qəbul etdirəcəyi barədə vəd verərək, 3000 manat pul alıb. S.Q. tanışını Ədliyyə Nazirliyinin işçisi olduğuna inandırmaq üçün cəzaçəkmə müəssisəsindən azad edilərkən verilən buraxılış vərəqini ona göndərib. Bundan başqa, təqsirləndirilən şəxs zərərçəkmişə bildirib ki, o, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir.

Lakin sonradan bütün bunların yalan olduğu üzə çıxıb və qarşı tərəf hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra S.Q. saxlanılıb.

Məhkəmə prosesi zamanı, təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məhkəməyə verdiyi ifadədən aydın olub ki, o, 2014-cü ilədək Azərbaycan Dövlət Pedaqoji Universitetində kredit üzrə dekan müavini vəzifəsində çalışıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə...

72 Hadisə 18:44 02 may 2026

Son xəbərlər