Karantin qaydalarını pozan toy sahibi cərimələndi - FOTO

Karantin qaydalarını pozan toy sahibi cərimələndi - FOTO
Foto
Hadisə 46

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Ləkiçılpaq kəndində Ələddin Kərimova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı Ə.Kərimov inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər