Karantin qaydalarını pozan toy sahibləri cərimələnib - FOTO

Karantin qaydalarını pozan toy sahibləri cərimələnib - FOTO
Foto
Hadisə 108

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Kiçik Əmili və Tikanlı kəndlərində, eləcə də Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində keçirilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də ümumilikdə 3 toyda 38 nəfərin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Teymur Zəkəryəyev, Zaur Yusifov və Eduart Xanayev barəsində protokol tərtib olunaraq cərimələniblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda şadlıq sarayının sahibi CƏRİMƏLƏNDİ

Azərbaycanda şadlıq sarayının sahibi CƏRİMƏLƏNDİ

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şadlıq sarayında və fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qayda...

97 Hadisə 10:57 11 oktyabr 2021

Son xəbərlər