Toy təşkilatçıları inzibati məsuliyyətə cəlb edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, rayonun İnçə, Ləkçıplaq, Kürdəmiş və Bığır kəndləri ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən toy məclislərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.
Karantin qaydalarını pozan toy sahibləri Qənimət Cavadova, Əlikram Həmidov, Firiddun Kərimov, Məhəmməd Məmmədov və Aydın Qədirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.
Qalereya
Oxşar xəbərlər
4 şadlıq sarayının icarədarı və 11 toy sahibi cərimələnib - FOTO
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydal...