Qəbələdə toy sahibləri cərimələndi - VİDEO

Qəbələdə toy sahibləri cərimələndi - VİDEO
Foto Video
Hadisə 65

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Bum qəsəbəsində Azad Qəribova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi və onlardan otuzunun COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aparılan yoxlamalar zamanı Yenikənd kəndində də Arzu Soltanova məxsus ünvanda təşkil edilən toy mərasimində analoji qayda pozuntularına rast gəlinib.

Belə ki, mərasimdə 180 qonağın iştirak etdiyi və onlardan iyirmi səkkizinin COVID-19 pasportu olmadığı aşkar edilib.

Qayda pozuntuları ilə əlaqədar toy sahibləri inzibati məsuliyyətə cəlb olunub və hər biri 300 manat məbləğində cərimələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

4 şadlıq sarayının icarədarı və 11 toy sahibi cərimələnib - FOTO

4 şadlıq sarayının icarədarı və 11 toy sahibi cərimələnib - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydal...

85 Hadisə 12:46 09 avqust 2021

Son xəbərlər