İsmayıllıda meşə massivində çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulub
11
sen
2024
09:37
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, ondan meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub.
Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Tanınmış iş adamının nəvəsinin güllələdiyi qadının son durumu
Ağdaş rayonunda baş verən silahlı insident zamanı yaralanan şəxsin son vəziyyəti məlum olub. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini...