Şirvanda yanğın zamanı iki uşaq ölüb
08
noy
2018
23:49
Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Mehmandarov küçəsi, 2 ünvanında, yerli sakin Əbilov Davuda məxsus fərdi yaşayış evində qeydə alınıb.Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı uşaq - 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda kafe yandı – 3 nəfər tüstüdən boğularaq ölüb
Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə,...