Qəbələdə ərəblərin kirayə qaldığı ev yandı - ölən və yaralananlar var

08
okt
2018
10:31
Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib. Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb iki nəfər yaralanıb.Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib
Bakıda yaşayış binasında yanğın olub.BAKU.WS-in məlumatına görə, hadisə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 42 ünvanında qeydə alınıb.Beşmərtəbəli binanın bi...
