İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
Astarada İranda yaşayan narkotacirin PUA vasitəsilə Azərbaycana 4 kiloqrama yaxın marixuana göndərdiyi aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb.
Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan şəxsin bundan əvvəl də eyni üsulla əldə edərək rayonun Qapıçıməhəllə kəndindəki naringi bağında gizlətdiyi əlavə 4 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Ağdamda əkin sahəsində kişi meyiti tapıldı
Ağdam rayonunun Xındırıstan kəndi ərazisində əkin sahəsində kişi meyiti tapılıb. BAKU.WS trend-ə istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Baharlı qəsəbə...