İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
İki gün əvvəl avtobusun vurduğu qadın XƏSTƏXANADA ÖLDÜ
Mingəçevirdə iyulun 3-də avtobusun vurduğu qadın ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Mətanət Həsənağa qızı Hacıyeva yolda təmizlik işləri ilə məşğu...
