İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Hadisə 6

İmişli rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tural Xəlilovun idarə etdiyi "VAZ" markalı avtomobil digər avtomobillə toqquşub, daha sonra isə yoldan çıxıb.

Qəza nəticəsində "VAZ"ın sürücüsü xəsarət alıb, avtomobildə olan sərnişin isə ölüb.

İmişli Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun soröusuna cavab olaraq bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 kişi avqustun 14-də saat 17:20 radələrində Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qapalı kəllə-beyin travması, sol gözün hematoması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, cızılmış yaraları, qarının küt travması diaqnozları təyin olunub.

Vəziyyəti orta ağır qiymətləndirilən 1984-cü il təvəllüdlü pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Vəziyyəti ağır qiymətləndirilən 1951-ci il təvəllüdlü pasiyent aparılan reanimasya tədbirlərinə cavab verməyib və avqustun 15-də saat 00:50 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər