İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi
21
iyn
2025
21:05
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov vəzifəsindən azad edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Digər əmrlə tibb xidməti polkovniki Çingiz Əlləzov həmin vəzifəyə təyin edilib.
Qeyd edək ki, Əməkdar həkim Çingiz Əlləzov Azərbaycanın ilk hərbi neyrocərrahıdır. O, daha əvvəl Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin rəisi işləyib.
Oxşar xəbərlər
Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Şahbuzda ağır yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado"...