Heydər Əliyevin məşhur cangüdəni dünyasını dəyişdi

21
dek
2017
15:00
Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məşhur cangüdəni Aleksandr İvanov dünyasını vaxtsız dəyişib.Təcrübəli xüsusi xidmət orqanları əməkdaşı olan Aleksandr Alekseyeviç 1972-ci ildən dövlət təhlükəsizliyi sistemində çalışıb.O, Azərbaycan DTK-sının beşinci şöbəsinin 9-cu bölməsində işləyib. Həmin şöbə Siyasi Büroya namizəd, MK-nın birinci katibi Heydər Əliyevin şəxsi təhlükəsizliyinin təminatı ilə məşğul idi.Son zamanlar Aleksandr İvanov “İnterfaks-Azərbaycan” informasiya agentliyinə rəhbərlik edirdi.BAKU.WS
