Həmin kənddə yenə yanğın oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qubanın Dəlləkli kəndində bir neçə gün əvvəl baş verən yanğınların səngiməsinə baxmayaraq, hadisə yenidən təkrarlanıb.
BAKU.WS-in "qafqazinfo"ya istinadən məlumatına görə, kənd sakini Dəmirxan Xalidova məxsus mal tövləsi və tövlənin damına yığılmış quru ota od düşüb.
Hadisə ilə əlaqədar Quba Yanğından Mühafizə Xidmətinin 2 ədəd yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın yerli sakinlər və yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə nəticəsində 50 kiloqramadək quru ot bağlaması yanıb. Heyvanlara ziyan dəyməyib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sentyabrın 19-da və 20-də kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın törədilməsinə görə 3 yeniyetmə (azyaşlı olduqlarına görə adları açıqlanmır) saxlanılmışdı.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda müəmmalı olay - 10 min sakin narahatlıq içindədir - VİDEO
Şəmkirdə yanğın baş verib. BAKU.WS APA TV-yə istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini Qəzənfə...